Müəllif:Mehin Qasımova,Banco.az
"Tesla" şirkətinin xalis mənfəəti 2026-cı ilin üçüncü rübündə ötən ilin eyni dövrü ilə müqayisədə 43% azalaraq 787 milyon dollara düşüb.
Banco.az xəbər verir ki, hesabat dövründə Tesla-nın ümumi gəliri illik müqayisədə dəyişməyərək 28 milyard dollar təşkil edib. Bununla yanaşı, avtomobil bölməsinin gəliri 3% azalaraq 20,6 milyard dollara enib.
Şirkətin avtomobil istehsalı ilə tədarükləri arasında da fərq müşahidə olunub. "Tesla" üçüncü rübdə 464 391 avtomobil istehsal edib ki, bu da illik müqayisədə 4% artım deməkdir. Tədarük edilən avtomobillərin sayı isə 2% azalaraq 486 532 olub.
"Tesla" hesabatında süni intellekt, robototexnika və enerji texnologiyalarına investisiyalarını davam etdirdiyini bildirib. Şirkət həmçinin avtomobillərdə tam muxtar idarəetmə sisteminin yayılmasını genişləndirməyə çalışır.
