“SoftBank” Fransada məlumat mərkəzlərinə 75 milyard avro sərmayə qoyacaq | Banco.az

“SoftBank” Fransada məlumat mərkəzlərinə 75 milyard avro sərmayə qoyacaq

Müəllif: Tamara Mustafayeva, Banco.az

“SoftBank” Fransada məlumat mərkəzlərinə 75 milyard avro sərmayə qoyacaq.

Banco.az xəbər verir ki, Yaponiyanın texnologiya və investisiya qrupu “SoftBank” Avropada ən böyük süni intellekt infrastruktur yatırımlarından birini həyata keçirməyə hazırlaşır. Şirkət Fransadakı məlumat emalı mərkəzlərinin gücünü genişləndirmək üçün 75 milyard avroya qədər investisiya yatıracağını açıqlayıb.

Şirkətin yaydığı məlumata görə, Fransada əlavə olaraq 5 giqavatadək məlumat emalı mərkəzi gücünün yaradılması və istismarı planlaşdırılır. Layihənin ilk mərhələsi çərçivəsində 2031-ci ilədək O-de-Frans bölgəsində 3,1 giqavat güc təmin etmək məqsədilə Dyunkerk, Boskel və Buşen şəhərlərində məlumat emalı mərkəzləri tikiləcək.

Həm “OpenAI”ın investoru, həm də müştərisi olan “SoftBank” bildirib ki, bu layihə Avropada süni intellekt infrastrukturu sahəsində həyata keçirilən ən böyük investisiya olacaq.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram