Müəllif:Mehin Qasımova,Banco.az
Səudiyyə Ərəbistanınına edilən hücumlar gündə 700 min barel neft itkisinə səbəb olub.
Banco.az xəbər verir ki, Səudiyyə Ərəbistanının rəsmi xəbər agentliyi SPA-nın Energetika Nazirliyinin rəsmisinə istinadən verdiyi məlumata görə, ölkəni hədəf alan son hücumların vurduğu ziyana görə bəzi enerji obyektlərində əməliyyat fəaliyyəti dayandırılıb.
Bildirilib ki, son vaxtlar ölkədə neft və qaz hasilatı, nəqli və emalı, neft-kimya zavodları və elektrik enerjisi sektoruna aid vacib enerji infrastrukturu çoxsaylı hücumların hədəfinə çevrilib.
Hücumların paytaxt Ər-Riyad, Şərq bölgəsi və Yanbu Sənaye Bölgəsindəki obyektləri hədəf aldığı bildirilir. Hadisələr nəticəsində Səudiyyə Enerji Şirkətinin sənaye təhlükəsizliyi işçilərindən biri həlak olub, eyni şirkətdən isə yeddi nəfər yaralanıb.
Məlumata görə, hücumlar enerji sisteminə bağlı əsas obyektlərdə bəzi əməliyyat proseslərinin dayandırılmasına səbəb olub və Şərq-Qərb neft boru kəmərindəki əsas nasos stansiyasının hədəfə alınması həmin boru kəməri vasitəsilə gündə təxminən 700.000 barel neftin axınını pozub.
Bildirilib ki, bu boru kəməri həmin dövrdə qlobal bazarlara neft tədarükünün əsas marşrutu olub.
