Bu gün Azərbaycanın maliyyə naziri Samir Şərifov Beynəlxalq Valyuta Fondunun (BVF) Azərbaycan üzrə missiyasının yeni rəhbəri Məhəmməd əl Qorçini qəbul edib.
Banco.az "APA-Economics"ə istinadən xəbər verir ki, tanışlıq xarakteri daşıyan görüşdə Azərbaycan ilə BVF arasında uzunmüddətli uğurlu əməkdaşlığın önəmi vurğulanıb və bu əməkdaşlığın perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.