Müəllif: Tamara Mustafayeva, Banco.az
Rusiya Mərkəzi Bankı uçot dərəcəsini 15 faizə çatdırıb.
Banco.az xəbər verir ki, Rusiya Mərkəzi Bankı uçot dərəcəsini 200 baza bəndi artıraraq 15 faizə çatdırıb.
Rusiya Mərkəzi Bankının bəyanatında ölkə iqtisadiyyatında inflyasiya təzyiqinin proqnozlardan yuxarı səviyyədə davam etdiyi bildirilib.
Bəyanatda həmçinin bildirilib ki, daxili tələbat getdikcə istehsal gücünü üstələyir və bu da qiymətlərin artmasına səbəb olur.
Bununla yanaşı, inflyasiyanın 2024-cü ildə 4 faizə endirilməsi hədəfinin hələ də qüvvədə olduğu vurğulanıb.
Bizi sosial şəbəkələrdən izləyin!!