Ötən ay Azərbaycan mebel idxalını azaldıb | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) in include() (line 129 of /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--article.tpl.php).

Ötən ay Azərbaycan mebel idxalını azaldıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2026-cı ilin yanvar ayında Azərbaycana 8 milyon 251 min ABŞ dolları dəyərində mebel və hissələri idxal olunub.

Banco.az xəbər verir ki, ölkənin idxal etdiyi mebel məhsullarının dəyəri 2025-ci ilin eyni dövrü ilə müqayisədə 3 milyon 594 min dollar və ya 30,3% azalıb.

Ötən ilin yanvarında ölkəyə 11 milyon 845 min dollar dəyərində mebel məhsulları idxal olunub.

Qeyd edək ki, ötən ay bu kateqoriyadan olan məhsulların idxalda xüsusi çəkisi 0.63% bərabər olub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram