Müəllif: Tamara Mustafayeva, Banco.az
“OpenAI” GPT-5.6 modellərini məhdud ön baxışa təqdim edir.
Banco.az xəbər verir ki, ABŞ-ın süni intellekt nəhəngi “OpenAI” ABŞ hökumətinin tələbi əsasında üç yeni süni intellekt modelini ümumi istifadəyə təqdim etməzdən əvvəl “kiçik bir qrup etibarlı tərəfdaş” üçün məhdud ön baxış mərhələsinə başlayacağını açıqlayıb.
“OpenAI” tərəfindən yayılan məlumatda bildirilib ki, “GPT-5.6” model ailəsi ilkin mərhələdə məhdud ön baxış rejimində istifadəyə veriləcək.
Açıqlamada qeyd olunub ki, yeni model seriyasının flaqman modeli “Sol” adlanır. “Terra” gündəlik istifadə üçün balanslaşdırılmış model, “Luna” isə sürətli və xərc baxımından səmərəli model kimi hazırlanıb.
Bildirilib ki, “Sol” modeli indiyədək şirkətin yaratdığı ən güclü təhlükəsizlik infrastrukturu ilə istifadəyə təqdim olunacaq. Modeldə yüksək riskli fəaliyyətlərə, həssas kibertəhlükəsizlik tələblərinə və təkrarlanan sui-istifadə cəhdlərinə qarşı müdafiə mexanizmləri daha da gücləndirilib.
Bizi sosial şəbəkələrdən izləyin!!
