Nasdaq siyahıya alınma qaydalarını sərtləşdirir, o cümlədən Çin şirkətləri üçün | Banco.az

Nasdaq siyahıya alınma qaydalarını sərtləşdirir, o cümlədən Çin şirkətləri üçün

Müəllif - Fərid İslamov - Banco.az

Nasdaq birjasının operatoru şirkətlərin siyahıya alınması üçün yeni qaydalar təqdim edib. Bu qaydalar minimum free float göstəricisinə tələbləri sərtləşdiriraz ticarət edilən səhmələrin sürətli delisting prosedurunu nəzərdə tutur.

Operatorun mətbuat xidməti qeyd edir ki, dəyişikliklər ticarət fəaliyyətinin təhlili nəticəsində aparılıb, o cümlədən kiçik şirkətlərin səhm qiymətlərini şişirdən məqsədli manipulyasiya hallarını da nəzərə alıb.

  • Bazarda ticarət olunan səhm həcmi indiki $5 mln-dan $15 mln-a artırılacaq.

  • Çin şirkətləri üçün isə minimum səhm yerləşdirilmə həcmi $25 mln müəyyən edilib.

Hal-hazırda ABŞ birjalarında 100-dən çox Çin şirkəti ticarət olunur, o cümlədən İT nəhəngləri Alibaba, JD.com və Baidu. Onların ümumi bazar dəyəri təxminən $1 trln təşkil edir.

Həmçinin, free float $5 mln-dan aşağı olan şirkətlərin siyahısının dayandırılması və ya ləğvi prosesi sürətləndiriləcək.

Yeni qaydalar SEC (ABŞ Qiymətli Kağızlar və Birjalar Komissiyası) tərəfindən nəzərdən keçiriləcək və təsdiqləndiyi təqdirdə yaxın gələcəkdə qüvvəyə minəcək.