Münaqişə uzun müddət davam edərsə neft qiymətləri bahalaşacaqmı? | Banco.az

Münaqişə uzun müddət davam edərsə neft qiymətləri bahalaşacaqmı?

Müəllif: Gülnar Əhmədli, Banco.az

Yaxın Şərqdə artan hərbi gərginlik neft qiymətlərinə təsir edəcək. 

Qiymətlərin hansı istiqamətdə dəyişəcəyi ilə bağlı Liberal İqtisadçılar Mərkəzinin rəhbəri Akif Nəsirli Banco.az-a bildirib ki, münaqişə uzun müddət davam edərsə, neft qiymətlərinin bahalaşması ehtimalı artır, lakin bu avtomatik və fasiləsiz artım demək deyil:

"Qiymətlərin əsas hərəkətverici qüvvəsi bazarda real və gözlənilən təklif riskidir. Əgər münaqişə neft hasilatına, ixrac infrastrukturuna və ya xüsusilə Hörmüz boğazı (dünya neftinin 20%-i bu boğazdan keçir) kimi əsas tranzit marşrutlarına ciddi təsir göstərərsə, bazarda təklifin azalacağı qorxusu qiymətləri yuxarı itələyə bilər".

İqtisadçının sözlərinə görə, bununla yanaşı, yüksək qiymətlər müəyyən mərhələdən sonra tələbi zəiflədə bilər: "Enerji idxal edən ölkələr istehlakı azaltmağa, alternativ mənbələrə yönəlməyə və ya strateji ehtiyatlardan istifadə etməyə başlaya bilərlər. Eyni zamanda, digər istehsalçı ölkələr hasilatı artırarsa, bu artım qiymətləri sabitləşdirə və ya hətta aşağı sala bilər.
Yəni münaqişə uzandıqca ilk mərhələdə qiymət artımı ehtimalı yüksək olsa da, sonrakı dövrdə bazarın reaksiyası, alternativ təklif imkanları və qlobal iqtisadi vəziyyət qiymətlərin hansı səviyyədə qalacağını müəyyən edəcək".

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram