Müəllif:Mehin Qasımova,Banco.az
İtalyan modelyer Giorgio Armani-nin dünyasını dəyişdiyi açıqlanıb. Armani 91 yaşında həyatını itirib.
Banco.az xəbər verir ki, məlumatı İtaliyanın AGI xəbər agentliyi yayıb.
Müasir İtalyan üslubunun və zərifliyinin simvolu kimi tanınan Armani dizayner istedadını işgüzarlığı ilə birləşdirib. Onun şirkətinin illik dövriyyəsi təxminən 2,3 milyard avro təşkil edirdi.
Armani Group-un açıqlamasında bildirilib ki, dizayner ailəsinin əhatəsində dinc şəkildə dünyasını dəyişib:
"Biz həmişə bu şirkətdə özümüzü bir ailənin bir parçası kimi hiss etmişik. Bu gün biz bu ailəni uzaqgörənliklə, ehtirasla və fədakarlıqla quran və böyüdən insanın buraxdığı boşluğu dərin emosiya ilə hiss edirik. Lakin məhz onun ruhuna uyğun olaraq, biz Armani ilə hər zaman bir yerdə işləyən işçilər və ailə üzvləri olaraq, onun qurduqlarını ehtiram, məsuliyyət və sevgi ilə qoruyub saxlamaq və onun şirkətini onun xatirəsində davam etdirmək əzmindəyik".