Müəllif: Tamara Mustafayeva, Banco.az
Qlobal aviasiyada müharibə böhranı hökm sürür.
Banco.az xəbər verir ki, ABŞ–İsrail ilə İran arasında müharibə başladıqdan sonra regiona həyata keçirilən uçuşların yarıdan çoxu dayandırılıb.
Aviasiya məlumatlarının təhlili ilə məşğul olan Cirium Ltd. tərəfindən açıqlanan məlumatlara görə, 28 fevraldan bu yana planlaşdırılan 36 min uçuşun 50 faizdən çoxu (təxminən 23 min uçuş) ləğv edilib.
Bu vəziyyət qlobal miqyasda təxminən 4,4 milyon sərnişin oturacağı tutumunun istifadədən çıxması deməkdir.
Körfəz aviaşirkətləri çətin vəziyyətdə
“Emirates” şirkəti şənbə gününə qədər Dubaydan həyata keçirilən və Dubaya istiqamətlənən bütün uçuşlarını dayandırdığını açıqlayıb. Şirkət böhranın başlanmasından bəri 2 mindən çox uçuşunu ləğv etmək məcburiyyətində qalıb.
“Qatar Airways” də Doha mərkəzli əməliyyatlarını ikinci bir açıqlamaya qədər dayandırıb. Bununla yanaşı, şirkət regionda qalan sərnişinlər üçün Avropanın əsas hava nəqliyyatı mərkəzlərinə — London, Berlin, Amsterdam və digər şəhərlərə — məhdud sayda təxliyə uçuşları təşkil edəcəyini bildirib.
Bizi sosial şəbəkələrdən izləyin!!
