Çin yanacaq ixracını dayandırır | Banco.az

Çin yanacaq ixracını dayandırır

Müəllif: Tamara Mustafayeva, Banco.az

Çin yanacaq ixracını dayandırır.

Banco.az xəbər verir ki, Yaxın Şərqdə dərinləşən böhranın qlobal neft daşınma marşrutlarını pozması fonunda Pekin rəhbərliyi daxili bazarın təchizatını təmin etmək üçün strateji addım atıb.

Çinin ən yüksək səviyyəli iqtisadi planlaşdırma qurumu olan Milli İnkişaf və İslahat Komissiyası (NDRC) ölkənin ən böyük neft emalı müəssisələrinin rəhbərləri ilə keçirdiyi görüşdə emal olunmuş neft məhsullarının ixracının dərhal dayandırılmasını tələb edib.

Şifahi şəkildə çatdırılan göstərişə əsasən, neft emalı müəssisələrindən yeni ixrac müqavilələri bağlamamaları və artıq razılaşdırılmış göndərişlərin ləğvi üçün danışıqlara başlamaları istənilib.

Bu qərarın əhatə etdiyi şirkətlər "PetroChina", "Sinopec", "CNOOC", "Sinochem Group" və özəl sektorun iri şirkətlərindən biri olan "Zhejiang Petrochemical" kimi sıralanıb.

Reaktiv yanacağı, gəmi yanacağı, həmçinin Honkonq və Makaoya göndərilən məhsullar isə bu məhdudiyyətə daxil edilməyib.

Çin xam neft idxalının təxminən yarısını Bəsrə körfəzindən təmin edir. Həftəsonu başlayan hərbi əməliyyatlardan sonra bölgədən neft ixracının demək olar ki, dayanma həddinə çatması Pekini “əvvəl daxili bazar” strategiyasına yönəldib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram