Avtobuslar 142 milyondan çox sərnişin daşıyıb | Banco.az

Avtobuslar 142 milyondan çox sərnişin daşıyıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Cari ilin yanvar ayında nəqliyyat sektorunda daşımaların həcmində xüsusi çəkisi ən böyük olan avtomobil nəqliyyatı ilə 149 036,1 min sərnişin daşınıb və əvvəlki ilin eyni dövrü ilə müqayisədə 7,9% artım qeydə alınıb.

Banco.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, hesabat dövründə avtobusdan istifadə edən sərnişinlərin sayı 142 milyon 860,1 min nəfərə (illik müqayisədə 8% çox) bərabər olub.

Qeyd edilib ki, sərnişinlərin 95,9%-i avtobus, 4,1%-i isə minik taksilərinin xidmətlərindən istifadə edib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram