Müəllif: Tamara Mustafayeva, Banco.az
Belçika 227 milyon avro dəyərində hava hücumundan müdafiə sistemi alacaq.
Banco.az xəbər verir ki, Belçika təxminən 227 milyon avro dəyərində “Mistral 3” daşınan hava hücumundan müdafiə sistemi (MANPADS) satın alacağını açıqlayıb.
Belçikanın Flaman bölgəsinin ictimai yayım qurumu olan VRT-nin məlumatına görə, ölkənin müdafiə naziri Teo Frankken məsələ ilə bağlı açıqlama verib.
Frankken bildirib ki, təxminən 227 milyon avro məbləğində “Mistral 3” MANPADS sistemi tədarük ediləcək. Onun sözlərinə görə, bu addım hazırlıq səviyyəsinin artırılması və çəkindiricilik məqsədi daşıyır.
Belçikanın bu planı ölkədə son dövrlərdə şübhəli pilotsuz uçuş aparatı fəaliyyətlərinin artmasından sonra gündəmə gəlib.
“Mistral” kimi qısa mənzilli hava hücumundan müdafiə sistemləri pilotsuz uçuş aparatlarına, helikopterlərə və aşağı hündürlükdə uçan təyyarələrə qarşı effektiv şəkildə istifadə oluna bilir.
Bizi sosial şəbəkələrdən izləyin!!
