ING Azərbaycanda 2027-ci il üzrə inflyasiya gözləntilərini azaldıb | Banco.az

ING Azərbaycanda 2027-ci il üzrə inflyasiya gözləntilərini azaldıb

Niderlandın ən böyük bank qrupu olan "ING Group" Azərbaycanda orta illik inflyasiyanı 2026-cı ildə 5,4 %, 2027-ci ildə isə 4,6 % səviyyəsində proqnozlaşdırır.

ING  xəbər verir ki, əvvəlki proqnozla müqayisədə cari il üçün gözləntilər 0,1 faiz bəndi artıb, gələn il üçün proqnoz isə 4,3 faiz bəndi azalıb.

ING-nin məlumatlarına əsasən, 2025-ci ildə Azərbaycanda inflyasiya 5,6 % təşkil edib.

Bankın analitikləri 2026-cı ilin I rübündə orta illik inflyasiyanın 6 % (əvvəl - 5,2 %), II rübdə 5,7 % (əvvəl - 5,4 %), III rübdə 5,1 % (əvvəl - 5,3 %) və IV rübdə 4,9 % (əvvəl - 5,5 %) səviyyəsində olacağını gözləyirlər.

İqtisadiyyat Nazirliyinin proqnozlarına görə, ölkədə orta illik inflyasiya 2026-cı ildə 4,8 %, 2027-ci ildə isə 4,5 % təşkil edəcək. Azərbaycan Mərkəzi Bankının son proqnozlarına (oktyabr 2025-ci il) əsasən, cari ildə illik inflyasiya təxminən 5,7 % təşkil edəcək.

BMT isə öz növbəsində bu il Azərbaycanda inflyasiyanı 3,1 % səviyyəsində proqnozlaşdırır. Dünya Bankı 2026-cı ildə Azərbaycanda orta illik inflyasiyanı 2,3 %, Asiya İnkişaf Bankı isə 3,5 % səviyyəsində gözləyir.

"Moody's" beynəlxalq reytinq agentliyi cari ildə Azərbaycanda orta illik inflyasiyanı 3 %, "Fitch Ratings" 4,6 %, "Fitch Solutions" isə 2026-cı ildə 5,5 %, 2027-ci ildə isə 4,8 % səviyyəsində proqnozlaşdırır.

Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən, 2025-ci ildə Azərbaycanda orta illik inflyasiya 2024-cü ildəki 2,2 %-ə qarşı 5,6 % təşkil edib.