ABŞ-da işsizlik müavinətləri üzrə müraciətlər dəyişməyib | Banco.az

ABŞ-da işsizlik müavinətləri üzrə müraciətlər dəyişməyib

Müəllif: Tamara Mustafayeva, Banco.az

ABŞ-da işsizlik müavinətləri üzrə müraciətlər dəyişməz olaraq qalıb.

Banco.az xəbər verir ki, ABŞ Əmək Nazirliyinin məlumatlarına görə, ABŞ-da həftəlik işsizlik müavinəti üçün müraciətlərin sayı 28 fevralda başa çatan həftədə dəyişməyərək 213 min səviyyəsində qalıb.

Bloomberg tərəfindən keçirilən sorğuda iştirak edən iqtisadçıların gözləntisi isə bu göstəricinin 215 min olacağı istiqamətində idi. Əvvəlki həftə üzrə işsizlik müavinəti müraciətləri 208 mindən 213 minə qədər yenidən nəzərdən keçirilərək artırılıb.

İşsizlik müraciətlərinin dörd həftəlik orta göstəricisi 212 min 750 təşkil edib.

Davam edən müraciətlərin sayı isə əvvəlki həftə 1,87 milyon səviyyəsinə yüksəlib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram