Mərkəzi Bank: 29 banka 98 mln. dollar satılıb | Banco.az

Mərkəzi Bank: 29 banka 98 mln. dollar satılıb

Bu gün Azərbaycan Mərkəzi Bankı (AMB) növbəti valyuta hərracı keçirib.

Banco.az  "APA-Economics"ə istinadən xəbər verir ki, tənzimləyici tərəfindən hərraca 200 mln. ABŞ dolları məbləğində vəsait satışa çıxarılıb.

Hərracda iştirak edən 29 bank tərəfindən məcmu tələb 98,217 mln. dollar təşkil etdiyindən, sifarişlər 100% nisbətində təmin olunub.