"Kapital Bank" ASC bu ilin yanvar-sentyabr aylarına olan "Mənfəət və zərər hesabatı"nı açıqlayıb.
Banco.az bankın açıqladığı hesabata əsasən xəbər verir ki, bank bu ilin ilk 9 ayını 41 mln. 511 min manat xalis mənfəətlə başa vurub.
Onun 150 mln. 758 min manatını faiz gəlirləri, 62 mln. 14 min manatını isə faiz xərcləri təşkil edib.
Sözügedən dövrdə, "Kapital Bank"ın xalis faiz gəliri 88 mln. 744 min manat olub.
Bank qeyri-faiz əməliyyatlarından 87 mln. 700 min manat gəlir əldə edib, bu növ əməliyyatlara isə 81 mln. 415 min manat xərc çəkib. Bununla da, onun xalis əməliyyat mənfəəti 95 mln. 129 min manat təşkil edib.
"Kapital Bank" aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına 42 mln. 375 min manat, mənfəət vergisinin ödənilməsinə isə 11 mln. 242 min manat yönəldib.
"Kapital Bank" 2004-cü ildə, Birləşmiş Universal Səhmdar Bankının ("BUS Bank") bazasında yaradılıb. "PAŞA Holdinq" MMC-yə daxil olan Bankın nizamnamə kapitalı 185,85 mln. manatdır. Bankın səhmlərinin 99,87%-i adı çəkilən holdinqə, 0,13%-i isə təxminən 175 fiziki şəxsə məxsusdur.