"JPMorgan" xalis mənfəətinin azaldığını bildirib | Banco.az

"JPMorgan" xalis mənfəətinin azaldığını bildirib

Müəllif: Tamara Mustafayeva, Banco.az

“JPMorgan Chase” 2025-ci ilin son rübünə dair maliyyə hesabatını açıqlayıb.

Banco.az xəbər verir ki, bankın mənfəəti dördüncü rübdə “Goldman Sachs” və “Apple” ilə olan kredit kartı tərəfdaşlığının alınması razılaşması ilə əlaqədar yaranan birdəfəlik xərc səbəbindən azalıb.

Bu dövrdə xalis mənfəət 13 milyard dollara geriləyib. Səhm başına xalis mənfəət 4,63 dollar təşkil edib. Əvvəlki göstərici 4,81 dollar idi.

Bankın dördüncü rübdəki gəliri 45,8 milyard dollar olub. İllik gəlir isə əvvəlki ildəki 58,5 milyard dollarla müqayisədə 57 milyard dollar səviyyəsində qeydə alınıb. Dördüncü rübdə ticarət əməliyyatlarından əldə olunan gəlirlər 8,24 milyard dollar təşkil edərək analitiklərin ən yüksək proqnozlarını üstələyib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram