Müəllif - Eldar Kərimov - Banco.az
"Japan Post Holdings" "Japan Post Bank"ın təxminən 600 milyard yen (4 milyard dollardan çox) dəyərində səhmlərini satmağı planlaşdırır. Bu barədə "Reuters" mənbələrə istinadən xəbər verib.
Mənbələrin məlumatına görə, səhmdarları arasında dövlət də olan poçt xidməti bankdakı payını 50%-dən aşağı səviyyəyə endirmək niyyətindədir. Hazırda bu pay 61,5% təşkil edir.
Bundan əlavə, "Japan Post Bank" öz səhmlərinin geri alınmasına başlamağı planlaşdırır.
Rəsmi elan bu həftənin sonuna qədər verilə bilər.
Çərşənbə günü ticarətin yekunlarına görə "Japan Post Bank"ın səhmləri 1,5% ucuzlaşıb, "Japan Post"un səhmləri isə 0,6% bahalaşıb.