İran və İraqın hasilatı dondurmağa hazır olduqlarını bəyan etməsi nefti bahalaşdırır | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) in include() (line 129 of /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--article.tpl.php).

İran və İraqın hasilatı dondurmağa hazır olduqlarını bəyan etməsi nefti bahalaşdırır

Dünya birjalarında neft bahalaşıb.

Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,53 dollar artaraq 48,77 dollar təşkil edib.

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,54 dollar artaraq 49,44 dollar olub. Bununla da Brent neftinin qiyməti ayın əvvəlindən bəri ilk dəfə olaraq 49 dolları ötüb.

Neftin 4%-lik bahalaşmasına İran və İraqın OPEC-in hasilatı dondurmaqla bağlı təklifi ilə razılaşmağa hazır olduqlarını bəyan etməsi səbəb olub.

Mənbə: Apa.az