İngiltərənin emal sənayesində istehsal və məşğulluq azalır | Banco.az

İngiltərənin emal sənayesində istehsal və məşğulluq azalır

Müəllif: Tamara Mustafayeva, Banco.az

May ayında ABŞ-da JOLTS iş yerlərinin sayı 7,769 milyona çatıb ki, bu da 2024-cü ilin noyabrından bəri ən yüksək səviyyədir.

Banco.az xəbər verir ki, “S&P Global” Böyük Britaniyanın iyun ayına dair emal sənayesi Satınalma Menecerləri İndeksi (PMI) məlumatlarını açıqlayıb.

Məlumatlara görə, emal sənayesi üzrə PMI iyun ayında 47,7 olub. Bu göstərici son 5 ayın ən yüksək səviyyəsi olsa da, artım zonası sayılan 50 balın altında qalmağa davam edib.

İyun ayında Böyük Britaniyanın emal sənayesi sektorunda istehsal, yeni sifarişlər və məşğulluq azalmağa davam edib. Lakin PMI göstəricisinin 47,7-yə yüksəlməsi bu sahələrdə daralmanın tempinin yavaşladığını göstərib.

“S&P Global Market Intelligence”in direktoru Rob Dobson PMI göstəricilərinə münasibət bildirərək istehsal, yeni sifarişlər və məşğulluğun daha yavaş tempdə azaldığını, iş dünyasında isə nikbinliyin son 4 ayın ən yüksək səviyyəsinə çatdığını qeyd edib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram