Hindistan Mərkəzi Bankı faiz dərəcəsini açıqlayıb | Banco.az

Hindistan Mərkəzi Bankı faiz dərəcəsini açıqlayıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Hindistan Mərkəzi Bankı faiz dərəcəsini sabit saxlayıb.

Banco.az xəbər verir ki, Hindistan Ehtiyat Bankı (RBI) ardıcıl altıncı iclasında da faiz dərəcəsini dəyişməz saxlayıb.

Belə ki, mərkəzi bankın 3 üzvü və 3 digər üzvdən təşkil olunan altı üzvlü pul siyasəti komitəsi əsas repo dərəcəsini dəyişməyərək 6,50 faiz səviyyəsində saxlayıb.

Ekspertlərin də proqnozu məhz bu istiqamətdə idi.

Mərkəzi Bankın faizləri sabit saxlamasında əsas səbəb ölkədə inflyasiyanın mərkəzi bankın orta müddətli 4 faizlik hədəfindən yuxarı olması və iqtisadi artımın davamlılığını qorumasıdır.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram