“Formula 1”i izləmək üçün Bakıya gələn əcnəbilərin sayı AÇIQLANDI | Banco.az

“Formula 1”i izləmək üçün Bakıya gələn əcnəbilərin sayı AÇIQLANDI

Ötən il “Formula 1” üzrə Azərbaycan Qran-prisi zamanı yarış günlərində 14 min xarici turist Bakıya gəlib.

Banco.az xəbər verir ki, Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən Apa-ya bildirilib ki, bu il “Formula 1” üzrə Azərbaycan Qran-prisi zamanı Bakıya gələn əcnəbi turistlərin sayı bu rəqəmdən bir qədər çoxdur.

Bu isə onu deməyə əsas verir ki, “Formula 1”-lə əlaqədar Azərbaycana gələn turistlərin sayı rekord göstəriciyə çatıb.

O da bildirilib ki, turistlər 100-dən çox ölkədən gəlib.

Rəsmi statistikaya görə, ötən il Qran Pris iştirakçıların 80%-dən çoxunu turistlər təşkil edib.

Orta hesabla, yarış üçün Azərbaycana üz tutan hər bir turistin 2200 ABŞ dollarından çox vəsait xərclədiyi qeyd olunur.