Dünyada ən yüksək temperaturların qeydə alındığı yerlər | Banco.az

Dünyada ən yüksək temperaturların qeydə alındığı yerlər

Müəllif: Gülnar Əhmədli, Banco.az

Dünyanın müxtəlif ölkələrində rekord istilər qeydə alınsa da, bəzi bölgələr bu göstəricilərlə digərlərini xeyli geridə qoyur.

Banco.az xəbər verir ki, Ümumdünya Meteorologiya Təşkilatının (ÜMT) və milli meteoroloji xidmətlərin 2026-cı ilin iyun ayına olan məlumatlarına əsasən hazırlanan reytinqdə ən yüksək rəsmi hava temperaturu qeydə alınan ölkələr sıralanıb.

Reytinqə ABŞ başçılıq edir. 1913-cü ildə Kaliforniyadakı Ölüm Vadisində 56,7°C qeydə alınıb və bu göstərici hələ də dünyada rəsmi rekord hesab olunur.

Ən yüksək temperatur qeydə alınan 10 yer:

  • ABŞ – 56,7°C (Ölüm Vadisi, 1913)

  • Tunis – 55,0°C (Kebili, 1931)

  • Küveyt – 54,0°C (Mitriba, 2016)

  • İsrail – 54,0°C (Tirat Zvi, 1942)

  • İraq – 53,9°C (Bəsrə, 2016)

  • Pakistan – 53,7°C (Turbat, 2017)

  • İran – 53,7°C (Əhvaz, 2017)

  • Çin – 52,2°C (Turpan, 2023)

  • BƏƏ – 52,1°C (Sweihan, 2002)

  • Meksika – 52,0°C (San Luis Rio Kolorado, 1966)

Ölüm Vadisinin dəniz səviyyəsindən aşağı yerləşməsi, quru səhra iqlimi və ətraf dağ silsilələri buranı Yer kürəsinin ən isti məkanlarından birinə çevirir. Bu rekord müxtəlif vaxtlarda müzakirə olunsa da, ÜMT tərəfindən hələ də rəsmi göstərici kimi tanınır.

Reytinqdə Yaxın Şərq ölkələri üstünlük təşkil edir. Küveyt, İraq, İran, Səudiyyə Ərəbistanı, Oman, Qətər, BƏƏ, İsrail və İordaniyada 50°C-dən yuxarı temperatur qeydə alınıb. Dünyanın ən yüksək 20 temperatur rekordundan doqquzu məhz bu regionun payına düşür.

Son illərdə yeni rekordlar qeydə alınmağa davam edir. Çində 2023-cü ildə 52,2°C, Mərakeşdə 50,4°C, Türkiyədə isə 2025-ci ildə 50,5°C ölkə üzrə yeni maksimum temperatur kimi qeydə alınıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram