Dolların 10% ucuzlaşması gözlənilir | Banco.az

Dolların 10% ucuzlaşması gözlənilir

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Tudor Investment Corp.”un təsisçisi Pol Tudor Cons gələn il dolların dəyər itirəcəyini proqnozlaşdırır.

Banco.az xəbər verir ki, 16 milyard dollarlıq makro hedc fondunun – "Tudor Investment Corp."un – qurucusu Pol Tudor Cons qısamüddətli faiz dərəcələrinin kəskin şəkildə enəcəyi səbəbilə, qarşıdakı il ABŞ dollarının dəyər itirəcəyini proqnozlaşdırır.

Cons çərşənbə günü Bloomberg TV-yə verdiyi müsahibədə bildirib ki, gəlir əyrisinin dikləşməsi nəticəsində dollar bir il ərzində 10 faizədək dəyər itirə bilər.

Cons deyib: “Gələn il qısamüddətli faiz dərəcələrinin əhəmiyyətli dərəcədə endiriləcəyini bilirsiniz. Və bunun nəticəsində dolların çox güman ki, dəyər itirəcəyini də bilirsiniz. Həm də çox ciddi şəkildə dəyər itirəcəyini.”

Eyni müsahibədə Jones onu da proqnozlaşdırıb ki, Cerom Pauellin vəzifə müddəti gələn il başa çatdıqda, ABŞ Prezidenti Donald Tramp iqtisadi artım gündəmini dəstəkləmək üçün “son dərəcə yumşaq siyasət tərəfdarı olan” bir Federal Ehtiyat Sistemi (FED) rəhbəri təyin edəcək.

Bloomberg Dollar İndeksi Tramp administrasiyasının ticarət müharibəsinin yaratdığı siyasət qeyri-müəyyənliyi səbəbilə 2025-ci ildə indiyə qədər təxminən 8 faiz dəyər itirib. Bu, indeksin 2005-ci ildən hesablanmağa başlamasından bəri ən zəif ilin əvvəlki performansıdır.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram