Coca-Cola şirkətinin xalis mənfəəti 2014-cü ilin 3-cü rübündə ötən ilin eyni dövrü ilə müqayisədə 14% azalaraq, 2,122 milyard dollar təşkil edib. “Praym” agentliyi, şirkətin hesabatlarına istinad edərək, bu məlumatları açıqlayıb.
Gəlirlər demək olar ki, dəyişməyib və il ərzində 11,98 milyard dollar təşkil edib, halbuki Bloomberg agentliyi bu rəqəmin 12,12 milyard dollar olacağını güman edirdi.
Coca-Colanın bir səhminə düşən gəlir isə, analitiklərin gözlədiyi kimi 0,53 dollar olub.