Çin xarici investorların ölkəyə investisiya yatırmasını asanlaşdıracaq | Banco.az

Çin xarici investorların ölkəyə investisiya yatırmasını asanlaşdıracaq

Müəllif: Tamara Mustafayeva, Banco.az

Çin prezidenti Si Cinpin xarici investorların ölkəsinə sərmayə qoymasını asanlaşdıracağına söz verib.

Banco.az xəbər verir ki, bu barədə Çin prezidenti Si Cinpin ABŞ-ın Kaliforniya ştatında keçirilən CEO sammitində çıxışı zamanı deyib.

Çin prezidenti vəd edib ki, ölkəsi “dünya səviyyəli biznes mühiti” yaradacaq və beynəlxalq sərmayəçilərin hüquqlarını qorumaq üçün mexanizmlər hazırlayacaq.

“Biz həmçinin əcnəbi vətəndaşların Çinə girişi və qalması ilə bağlı siyasətin təkmilləşdirilməsi kimi daha çox “ürək açan” tədbirlər görəcəyik”, deyən Si Cinpin maliyyə, tibbi və ödəniş sistemi xidmətlərinə çıxışın asanlaşacağını bildirib.

Onun sözlərinə görə, bu tədbirlərin hamısı xarici şirkətlərin Çinə sərmayə qoymasını və fəaliyyət göstərməsini asanlaşdırmaq üçün nəzərdə tutulub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram