Çin "Airbus"dan yüzlərlə təyyarə sifariş etməyi planlaşdırır | Banco.az

Çin "Airbus"dan yüzlərlə təyyarə sifariş etməyi planlaşdırır

Müəllif: Tamara Mustafayeva, Banco.az

Çin Avropada yerləşən “Airbus” aviaşirkətinə 200-dən 500-ə qədər təyyarə sifariş etməyi düşünür.

Banco.az xəbər verir ki, Çin gələn ay Avropa liderlərinin ölkələri ilə uzunmüddətli əlaqələri qeyd etmək məqsədilə Pekinə səfər etməsindən sonra yüzlərlə “Airbus” təyyarəsi sifariş etməyi planlaşdırır.

“Bloomberg” agentliyinə danışan mənbələr sifarişin dar gövdəli və geniş gövdəli olmaqla ümumilikdə 300 təyyarəni əhatə edəcəyini gözlədiklərini bildiriblər. Lakin sifarişlə bağlı danışıqların nəticəsinə əsasən bu sayın 200 ilə 500 təyyarə arasında dəyişə biləcəyi də qeyd olunub.

Mənbələrin sözlərinə görə, Çin ilə “Airbus” arasındakı danışıqlar hələ də davam edir və yekun qərarın verilməsi vaxt ala bilər. Danışıqların uğursuz nəticələnmə ehtimalı da var və vəziyyət hələ də qeyri-müəyyəndir.

Bu potensial Airbus sifarişi, həm Çin ilə Avropa arasındakı iqtisadi əlaqələrin gücləndirilməsinə yönəlmiş bir addım olaraq, həm də Çinin daxili və beynəlxalq reyslərdə artan sərnişin axınını qarşılamaq üçün strateji bir addım kimi qiymətləndirilir.

Digər tərəfdən, bu addım Çin bazarında ticarət gərginlikləri və rəqibi “Boeing”i təsirləndirən problemlər fonunda “Airbus üçün əhəmiyyətli bir üstünlük və uğur olaraq dəyərləndirilir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram