Bu gün 2017-ci il üçün yaşayış minimumu müzakirə ediləcək | Banco.az

Bu gün 2017-ci il üçün yaşayış minimumu müzakirə ediləcək

Milli Məclisin Əmək və sosial siyasət, Səhiyyə, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil, Mədəniyyət komitələrinin birgə iclasında 2017-ci il üzrə Azərbaycanın dövlət büdcəsinin layihəsini müzakirə edilir.

Əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli bildirib ki, bugünkü iclasda 2017-ci il üzrə Azərbaycanın dövlət büdcəsinin layihəsi, Dövlət Sosial Müdafiə Fondunun büdcə layihəsi, "2017-ci il üçün yaşayış minimumu haqqında" və  "2017-ci il üçün ehtiyac meyarının həddi haqqında" qanun layihələri müzakirə olunacaq.

Mənbə: Apa.az