Bu avtomobil şirkəti gömrük rüsumlarını pozduğuna görə cərimə ödəyəcək | Banco.az

Bu avtomobil şirkəti gömrük rüsumlarını pozduğuna görə cərimə ödəyəcək

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Ford” ABŞ gömrük qaydalarının pozulması ittihamlarından yayınmaq üçün 365 milyon dollar ödəyəcək.

Banco.az xəbər verir ki, ABŞ-ın avtomobil istehsalçısı “Ford Motor” yüz minlərlə Transit Connect avtomobilini səhv təsnifatlandıraraq və dəyərini minimallaşdıraraq ABŞ gömrük qaydalarını pozduğuna dair ittihamları həll etmək üçün 365 milyon dollar ödəməyə razılaşıb.

Açıqlamada sözügedən məbləğin yaxın tarixdə ödənilən ən böyük gömrük rüsumu cərimələrindən biri olduğu bildirilib.

Şirkətin sözçüsü mövzu ilə bağlı aşağıdakıları dilə gətirib:

“”Ford” Ədliyyə Nazirliyinin bəyanatındakı bir çox xarakteristikaya qarşı çıxır və bununla bağlı heç bir məsuliyyət daşımır. Bununla belə, biz on ildir davam edən bu mürəkkəb problemi birdəfəlik həll etmək barədə razılığa gəldik.”

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram