BP bu il Azərbaycanda platformaların dayandırılmasını planlaşdırmayıb | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) in include() (line 129 of /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--article.tpl.php).

BP bu il Azərbaycanda platformaların dayandırılmasını planlaşdırmayıb

Böyük Britaniyanın BP neft-qaz şirkəti Azərbaycandakı əməliyyatları çərçivəsində planlı profilaktik işlərin aparılması üçün Xəzər dənizində yerləşən platformaların dayandırılmasını nəzərdə tutmayıb.

Bunu jurnalistlərə açıqlamasında "BP-Azerbaijan" şirkətinin mətbuat xidmətinin rəhbəri Tamam Bayatlı deyib.

“Bu ilə heç bir platformanın dayandırılması nəzərdə tutulmayıb”, - Tamam Bayatlı bildirib.

Qeyd edək ki, BP Azərbaycanda iki böyük karbohidrogen layihəsinin - “Azəri-Çıraq-Günəşli” neft-qaz yatağı bloku və “Şahdəniz” qaz-kondensat yatağının operatorudur.

Xat;rladaq ki, AÇG-də hasilat “Çıraq”, “Mərkəzi Azəri”, “Qərbi Azəri”, “Şərqi Azəri”, “Dərinsulu Günəşli”, “Qərbi Çıraq” və ACE platformalarından aparılır.

“Şahdəniz”də isə qazın və kondensatın istehsalı “Şahdəniz Alfa” və “Şahdəniz Bravo” platformalarında yerinə yetirilir.

apa