Müəllif: Gülnar Əhmədli, Banco.az
Portuqaliya bu ilin yanvar-noyabr aylarında Azərbaycandan 430 milyon 731 min dollar dəyərində neft idxal edib. Bu, illik müqayisədə 200 milyon 438 min dollar və ya 31,8% azdır.
Banco.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, hesabat dövründə Portuqaliyanın idxal etdiyi neftin həcmi isə 803 min 374 ton olub. Bu da ötən ilin eyni dövrünə nisbətən 201 min 840 ton və ya 20,1% azalma deməkdir.
Qeyd edək ki, yanvar-noyabr aylarında İtaliya Azərbaycanın xam neft ixrac etdiyi əsas ölkə olub.
Bizi sosial şəbəkələrdən izləyin!!
