Azərbaycanın elektrik enerjisi ixracından gəlirləri 4 dəfədən çox azalıb | Banco.az

Azərbaycanın elektrik enerjisi ixracından gəlirləri 4 dəfədən çox azalıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

2024-cü ildə Azərbaycan 94.1 mln. ABŞ dolları dəyərində elektrik enerjisi ixrac edib. Bu, illik müqayisədə 308.4 milyon dollar və ya 4.3 dəfə azdır. 

Banco.az xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin məlumatında qeyd edilib. 

Bildirilib ki, 2023-ci ildə elektrik enerjisi ixracının ümumi dəyəri 402.5 milyon dollara bərabər olub.

Qeyd edək ki, ötən il ixrac edilmiş qeyri-neft sektoruna aid malların siyahısında qızıl (211.8 milyon ABŞ dolları) birinci olub. Bu siyahıda pambıq mahlıcı (177.1 milyon ABŞ dolları) ikinci, tomat (175.4 milyon ABŞ dolları) isə üçüncü yerdə qərarlaşıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram