Müəllif: Gülnar Əhmədli, Banco.az
Azərbaycan 2023-cü ilin yanvar-noyabr ayları ərzində 5 milyon 906 min dollar dəyərində 649.9 ton çay ixrac edib.
Banco.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu göstərici ötən ilin yanvar-noyabr ayları ilə müqayisədə məbləğ baxımından 46.2% və ya 5.1 milyon dollar, həcm baxımından isə 62.9% azdır.
Hesabat dövründə ixrac edilən çayın hər tonunun orta qiyməti 9 100 dollara bərabər olub.
Qeyd ki, cari ilin ilk 11 ayında çayın ümumi ixracda xüsusi çəkisi 0.02%-ə, qeyri-neft məhsullarının ixracında olan çəkisi isə 0.19%-ə bərabər olub.
Bizi sosial şəbəkələrdən izləyin!!