Müəllif: Gülnar Əhmədli, Banco.az
2025-ci ilin yanvar-sentyabr aylarında Azərbaycandan Almaniyaya köçürülmüş fiziki şəxslərin pul baratlarının həcmi cüzi azalıb.
Banco.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Məlumata görə, ötən il fiziki şəxslər tərəfindən Almaniyaya 2024-cü ilin eyni dövrü ilə müqayisədə 380 min dollar və ya 2,1% daha az pul köçürülüb.
Bununla da Almaniyaya köçürmələrin ümumi həcmi 17 milyon 944 min dollara enib. 2024-cü ilin eyni dövründə bu göstərici 18 milyon 324 min dollar təşkil edib.
Qeyd edək ki, hesabat dövründə Azərbaycandan ən çox pulun köçürüldüyü birinci ölkə (28,9% payla) Türkiyə olub.
Bizi sosial şəbəkələrdən izləyin!!
