Azərbaycanda qeyri-neft-qaz sektorundan vergi daxilolmaları 260 mln. manatdan çox artıb | Banco.az

Azərbaycanda qeyri-neft-qaz sektorundan vergi daxilolmaları 260 mln. manatdan çox artıb

2025-ci ilin yanvar-aprel aylarında Dövlət Vergi Xidmətinin xəttilə dövlət büdcəsinə 6 milyard 923,5 milyon manata yaxın vergi daxil olub.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti xəbər verir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə vergi daxilolmaları 266,1 milyon manat və ya 4 faiz artıb.

    Qeyd edilib ki, qeyri-neft-qaz sektorundan daxilolmalar 4 milyard 948 milyon manatdan çox təşkil edib. 2024-cü ilin müvafiq dövrünə nisbətən bu sektordan vergi daxilolmaları 425,4 milyon manat və ya 9,4 faiz çox olub.

    Ödənilən vergilərin 71,5 faizi qeyri-neft-qaz sektorunun, 28,5 faizi isə neft-qaz sektorunun payına düşüb.