Müəllif: Gülnar Əhmədli, Banco.az
Bu ilin yanvar-may aylarında Azərbaycanda kompüterlərin, elektron və optik məhsulların, elektrik avadanlıqlarının istehsal dəyəri 88,6 milyon manat təşkil edib.
Banco.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, 2023-cü ilin eyni dövrü ilə müqayisədə kompüter, elektron və optik məhsulların istehsalı 37,5%, elektrik avadanlıqlarının istehsalı isə 22,2% artıb.
2024-cü ilin ilk 5 ayında 883 ədəd noutbuk (2,8 dəfə çox), 658 ədəd stolüstü kompüter, 194 min ədəd ölçmə cihazları, 480 ədəd güc transformatorları, 175 ədəd məişət soyuducuları və dondurucuları istehsal edilib.
Bizi sosial şəbəkələrdən izləyin!!