Azərbaycan qızıl ixracından gəlirini 40%-dən çox artırıb | Banco.az

Azərbaycan qızıl ixracından gəlirini 40%-dən çox artırıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

2026-cı ilin yanvar-iyun aylarında Azərbaycan 202.2 mln. ABŞ dolları dəyərində qızıl ixrac edib. Qızıl ixracından qazancımız illik müqayisədə 58.2 milyon dollar və ya 40.4% artıb.

Banco.az xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin məlumatında qeyd edilib. 

Məlumata görə, təkcə iyun ayında ixrac edilən qızılın dəyəri 34.5 milyon dollar olub ki, bu da 2025-ci ilin iyun ayına nisbətən 11.8 milyon dollar və ya 52% artım deməkdir. 

Qeyd edək ki, 2025-ci ildə Azərbaycan 326.2 mln. ABŞ dolları dəyərində qızıl ixrac etmişdi.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram