Azərbaycan nefti cüzi bahalaşıb | Banco.az

Azərbaycan nefti cüzi bahalaşıb

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan neftinun qiyməti cüzi artıb.

Banco.az  xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,2 ABŞ dolları və ya 0,3% artaraq 67.86 ABŞ dolları təşkil edib.

Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 67.66 ABŞ dolları idi.

Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 70 ABŞ dollarından hesablanıb.