Azərbaycan Beynəlxalq Bankının kredit portfeli 11% artıb | Banco.az

Azərbaycan Beynəlxalq Bankının kredit portfeli 11% artıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycan Beynəlxalq Bankı-nın (ABB) kredit portfeli 30 sentyabr 2026-cı il tarixinə 7 milyard 854 milyon 140 min manat təşkil edib.

Banco.az xəbər verir ki, bankın kredit portfeli 2025-ci ilin sonu ilə müqayisədə 774 milyon 156 min manat və ya 10,9% artıb.

Hesabat dövründə bankın istehlak kreditləri portfeli 2 milyard 224 milyon 60 min manat, biznes kreditləri portfeli 3 milyard 801 milyon 753 min manat, daşınmaz əmlak kreditləri portfeli isə 1 milyard 808 milyon 326 min manat təşkil edib. 

Ötən ilin sonu ilə müqayisədə bankın istehlak kreditləri 259 milyon 820 min manat və ya 13,1%, biznes kreditləri 256 milyon 760 min manat, daşınmaz əmlak kreditləri isə 257 milyon 576 min manat və ya 16,6% artıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram