Avrozonada sənaye istehsalı noyabrda azalıb | Banco.az

Avrozonada sənaye istehsalı noyabrda azalıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Avrozonada sənaye istehsalı 2023-cü ilin noyabr ayında azalıb.

Banco.az xəbər verir ki, Avropa Statistika İdarəsi (Avrostat) Avropa İttifaqı (Aİ) və Avrozonanın noyabr ayı üzrə mövsümi düzəliş edilmiş sənaye istehsalı məlumatlarını açıqlayıb.

Məlumatlar göstərir ki, Avrozonada sənaye istehsalı ötən ilin noyabr ayında oktyabr ayı ilə müqayisədə 0,3 faiz, 2022-ci ilin noyabr ayı ilə müqayisədə isə 6,8 faiz azalıb.

Aİ-də sənaye istehsalı noyabr ayında əvvəlki aya görə 0,2 faiz, əvvəlki ilin eyni dövrünə görə isə 5,8 faiz azalıb.

Noyabrda Aİ ölkələri arasında sənaye istehsalında ən böyük aylıq azalma 4,1 faiz ilə Yunanıstanda, 4 faiz ilə Slovakiyada və 3,8 faiz ilə Belçikada olub.

Sözügedən dövrdə illik ən böyük azalma isə 30,4 faiz ilə İrlandiyada, 11,6 faiz ilə Belçikada və 10,9 faiz ilə Bolqarıstanda qeydə alınıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram