Avrozonada investorların iqtisadiyyata inamı son yeddi ayın ən yüksək səviyyəsindədir | Banco.az

Avrozonada investorların iqtisadiyyata inamı son yeddi ayın ən yüksək səviyyəsindədir

Müəllif: Tamara Mustafayeva, Banco.az

Avrozonada investorların iqtisadiyyata inamı son yeddi ayın ən yüksək səviyyəsindədir.

Banco.az xəbər verir ki, bazar araşdırmaları mərkəzi olan “Sentix” tərəfindən hazırlanmış fevral ayına dair Avrozonanın Ümumi İnvestor İnamı İndeksi üzrə göstəricilər açıqlanıb.

Məlumata əsasən, yanvar ayında mənfi 1,8 bənd səviyyəsində olan indeks bu ay 6 bəndlik kəskin artımla 4,2 bəndə yüksəlib. Bazarın 1,8 bəndlik artım gözləntilərini xeyli üstələyən indeks bununla da 2025-ci ilin iyul ayından bəri qeydə alınan ən yüksək səviyyəyə çatıb.

Gözləntilər və mövcud vəziyyət indekslərində bərpa müşahidə olunur

İnvestorların qarşıdakı altı aya dair proqnozlarını əks etdirən Proqnozlar İndeksi 10 bənddən 15,8 bəndə yüksəlib.

Cari iqtisadi vəziyyəti əks etdirən Mövcud Vəziyyət İndeksi isə mənfi 13 bənddən mənfi 6,8 bəndə qədər yaxşılaşaraq artım meylini davam etdirib.

“Sentix” tərəfindən yayımlanan açıqlamada qeyd olunub ki, bu göstəricilər region iqtisadiyyatında bərpa prosesinin başladığına işarə edir. Açıqlamada “Almaniya iqtisadiyyatı da Avrozonada müşahidə edilən bu ümidverici inkişafda mühüm rol oynayır” ifadəsinə yer verilib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram