Avropanın ən böyük iqtisadiyyatı dərinləşən böhranla üz-üzədir | Banco.az

Avropanın ən böyük iqtisadiyyatı dərinləşən böhranla üz-üzədir

Müəllif:Mehin Qasımova,Banco.az

Avrozonanın ən böyük iqtisadiyyatı hesab edilən Almaniyada böhran getdikcə pisləşir.

Banco.az xəbər verir ki, 2025-ci ilin avqustunda Almaniyanın ABŞ- a ümumi ixracı iyul ayı ilə müqayisədə 2,5 faiz azalaraq, ardıcıl beşinci ayda mənfi artım oldu.

Amerika bazarı alman istehsalçıları üçün əsas ixrac istiqamətlərindən biridir. ABŞ gömrük qaydalarının sərtləşdirilməsi fonunda daşımalar azalır. Bir sıra əsas alman mallarına idxal rüsumlarının artırılması Almaniya iqtisadiyyatının əsas sektorlarına, xüsusən də avtomobil sənayesinə zərbə vurur.

Alman agentliyi qeyd edib ki, buna baxmayaraq, ABŞ Almaniyanın ən mühüm ticarət və iqtisadi tərəfdaşı olaraq qalır. Yayın son ayında yerli istehsalçılar Amerika bazarına ümumilikdə 10,9 milyard avro dəyərində məhsul göndəriblər. Bununla belə, bu, Almaniyanın ixracatının 10,3 milyard avro dəyərində qiymətləndirildiyi 2021-ci ilin noyabrından bəri ən aşağı nəticədir.

Qeyd edək ki,  2025-ci ilin ilk yeddi ayında Almaniya ixracatında ən əhəmiyyətli azalmalar Almaniyanın iki əsas iqtisadi tərəfdaşı olan ABŞ və Çinə olub. Almaniyanın İqtisadiyyat naziri Katherine Reiche islahatlar olmadan Berlinin ÜDM artımına nail olmasının son dərəcə çətin olacağına inanır .