Müəllif: Gülnar Əhmədli, Banco.az
Bu ilin yanvar ayında Azərbaycana 3 milyon 429 min ABŞ dolları dəyərində 2 min 145 ton süd və qaymaq idxal olunub.
Banco.az Dövlət Gömrük Komitəsinin məlumatına istinadən xəbər verir ki, 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə idxal edilən süd və qaymağın miqdarı 700 ton və ya 48,4%, dəyəri isə 1 milyon 603 min dollar və ya 87,8% artıb.
Belə ki, 2025-ci ilin yanvar ayında Azərbaycana 1 milyon 825 min dollar dəyərində 1 min 445 ton süd və qaymaq idxal edilib.
Qeyd edək ki, hesabat dövründə süd və qaymaq idxalı Azərbaycanın ümumi idxalının 0,26%-ni təşkil edib.
Bizi sosial şəbəkələrdən izləyin!!
