Müəllif: Gülnar Əhmədli, Banco.az
2025-ci ilin yekununda Azərbaycanda kirayə qiymətləri illik müqayisədə 7,8% artıb.
Banco.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) "Pul Siyasəti İcmalı"nda qeyd edilib.
Sənədə əsasən, adı çəkilən xidmət üzrə qiymətlərin artım tempi 2025-ci ilin ortalarında nisbətən aşağı düşsə də, sentyabrdan etibarən yüksəlib.
Hesabat dövründə ilkin mənzil bazarında qiymətlər orta hesabla 12,7%, təkrar mənzil bazarında isə 12,2% artıb.
Bizi sosial şəbəkələrdən izləyin!!
