2026-cı ilin yanvar ayı ərzində fərdi uçot sistemində qeydə alınan sığortaedənlərin sayı 6,6 min vahiddən çox artaraq 2,2 milyon vahiddən çox olub.
Bu barədə Dövlət Sosial Müdafiə Fondundan bildirilib.
"Qeydə alınan sığortaedənlərin sayı hüquqi şəxslər üzrə 917, fiziki şəxslər üzrə 5 324, torpaq mülkiyyətçiləri üzrə isə 387 vahid artıb",- deyə qeyd edilib.
