Ötən il Azərbaycana 648,65 milyon ABŞ dolları dəyərində 37 min 549 ədəd minik avtomobili (benzin və dizel mühərrikli) idxal edilib.
Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2024-cü ilin göstəricisindən dəyər ifadəsində 15 %, kəmiyyət olaraq – 29 % azdır.
Hesabat dövründə Azərbaycan Cənubi Koreyadan 113,8 milyon ABŞ dolları dəyərində (1 il əvvəlki göstəricidən 48 % çox) 11 min 131 ədəd (-46 %), Yaponiyadan 97,7 milyon ABŞ dolları dəyərində (-37 %) 2 min 151 ədəd (-62 %), Böyük Britaniyadan 91,1 milyon ABŞ dolları dəyərində (+31 %) 1 min 668 ədəd (-2 %), Almaniyadan 80,6 milyon ABŞ dolları dəyərində (-5 %) 3 min ədəd (-31 %), Amerika Birləşmiş Ştatlarından 72 milyon ABŞ dolları dəyərində (+3 %) 7 min 959 ədəd (-5 %) avtomobil alıb.
Ötən il son 14 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Reyunyon adasından tədarük (54,2 min ABŞ dolları dəyərində 3 ədəd) həyata keçirilib.
