Azərbaycanın qonşularında ən sürətli internet hansı ölkədədir? | Banco.az

Azərbaycanın qonşularında ən sürətli internet hansı ölkədədir?

Müəllif: Gülnar Əhmədli, Banco.az

Bu ilin yanvar ayında mobil internetin sürətinə görə 103 ölkə arasında Azərbaycan 92.63 Mbps sürətlə 52-ci yerdə qərarlaşıb. Ötən ay ölkəmizdə genişzolaqlı internetin orta sürəti isə 89.88 Mbps (81-ci) olub. 

Banco.az internetin sürətini yoxlamaq üçün istifadə edilən etibarlı veb-sayt olan "Speedtest"ə istinadən Azərbaycanın qonşu ölkələrində internetin sürətini təqdim edir. 

Ötən ay mobil internetin sürəti Gürcüstanda 165.88 Mbps (2-ci), Türkiyədə 64.90 Mbps (66-cı), İranda 56.47 Mbps (72-ci), Ermənistanda 79.32 Mbps (58-cı), Rusiyada isə 50.47 Mbps (79-cu) olub. 

Genişzolaqlı internetin sürətinə gəldikdə isə bu siyahıda 1-ci Rusiya (91.34 Mbps), 2-ci Ermənistan (81.21 Mbps), 3-cü Türkiyə (75.34 Mbps), 4-cü Gürcüstan (44.45 Mbps), 5-ci isə İran (22.05 Mbps) qərarlaşıb.

152 ölkə arasındakı reytinqdə isə Rusiya 78-ci, Ermənistan 90-cı, Türkiyə 94-cü, Gürcüstan 115-ci, İran 137-ci olub. 

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram