Yanvarda Azərbaycan xaricdən qarğıdalı alışını azaldıb | Banco.az

Yanvarda Azərbaycan xaricdən qarğıdalı alışını azaldıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycana 2026-cı ilin yanvar ayında 1 milyon 411 min ABŞ dolları dəyərində 7 min 579 ton qarğıdalı idxal edilib.

Banco.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə ölkəyə idxal edilən qarğıdalının dəyəri 2 milyon 802 min dollar və ya 3 dəfə, həcmi isə 12 min 589 ton və ya 2,7 dəfə azalıb. 

Məlumata görə, ötən ay qarğıdalı idxalı Azərbaycanın ümumi idxalının 0,11%-nə bərabər olub.

Qeyd edək ki, 2025-ci ilin yanvarında idxal edilən qarğıdalının dəyəri 4 milyon 213 min dollar, miqdarı isə 20 min 168 min tona bərabər olub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram